USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Mərkəzi Bankın sədrindən "Bank BTB"nin vəziyyəti barədə açıqlama

22.10.2025 Problemli Banklar
0 0
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov uzun müddətdir ki, zərərlə işləyən "Bank BTB" ASC-nin bağlanması ehtimalına münasibət bildirib.

O, bu barədə rəhbərlik etdiyi qurumun faiz dəhlizinin parametrləri ilə bağlı qərarına həsr olunmuş mətbuat konfransında danışıb.

"Hazırda "Bank BTB"nin AMB-nin tələblərinə cavab vermədiyi hallar yoxdur. Bank dayanıqlıdır, bütün prudensial tələbələrimizə cavab verir", - deyə o qeyd edib.

Bundan başqa, baş bankir deyib ki, "Bank BTB"nin aktivlər üzrə bazar payı 1 %-dən azdır, Bankın cəlb etdiyi vəsaitlərin 96,3 %-i sığortalıdır.

"Hazırda hər hansı roblem görmürük. Nəzarət tədbirlərimiz nəticəsində onun maliyyə dayanıqlılığı xeyli güclüdür", - deyə o əlavə edib.

Xatırladaq ki, "Bank BTB" 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 71,45 milyon manatdır. //report