Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqda iştirak edib. Kürsüdə çıxış edən ölkə başçısı bir sıra mühüm məsələlərə də toxunub.
Kommersant.az xəbər verir ki, bu məsələlərdən biri də Göyçə gölünün adlandırılması ilə bağlı idi. Prezident İlham Əliyev çıxışında xəritlərdə Sevan gölü adlı gölün olmadığını, Göyçə gölünün olduğunu bildirib.
"Təkcə XX əsrin əvvəllərində Çar Rusiyası tərəfindən dərc edilmiş xəritələrə baxmaq kifayətdir hər kəs görsün ki, indiki Ermənistan ərazisində toponimlərin mütləq əksəriyyəti Azərbaycan mənşəlidir. O xəritələrdə Sevan gölü adlı göl yoxdur. O xəritələrdə Göyçə gölüdür və bütün digər bizim istifadə etdiyimiz tarixi toponimlərimiz orada öz əksini tapıb"-deyə ölkə başçısı bildirib.
"O xəritələri biz tərtib etməmişik ki, kimsə desin biz burada saxtakarlıq eləyirik. Bunu Çar Rusiyası edib. Həmin o Çar Rusiyası ki, vaxtilə erməniləri İrandan və Şərqi Anadoludan gətirərək bizim Qarabağ torpağında yerləşdirib ki, burada etnik və dini tərkib dəyişsin. Yəni, bu xəritələr tamamilə tarixi həqiqətə əsaslanan xəritələrdir. Ona görə biz bunu təbliğ etməliyik, tədqiq etməliyik. Daha çox elmi əsərlər, daha çox hətta kiçikhəcmli bukletlər hazırlanmalıdır ki, həm Azərbaycan gəncləri öz tarixini yaxından bilsinlər, həm dünya ictimayyəti bilsin və eyni zamanda, indiki Ermənistana bizim qayıdışımız da tamamilə məntiqli və ədalətli səslənsin. Ona görə Azərbaycan tarixi ilə bağlı bax, bu istiqamətdə əlbəttə ki, əlavə addımlara ehtiyac var. Bütövlükdə müstəqil Azərbaycan dövlətinin tarixi ilə bağlı sanballı elmi əsərlərə də böyük ehtiyac var. Artıq 30 ildən çoxdur ki, biz müstəqil dövlət kimi yaşayırıq və Azərbaycan xalqının çoxəsirlik dövlətçilik tarixində Azərbaycan bugünkü qədər güclü olmamışdır. Ona görə müstəqil Azərbaycanın tarixini tədqiq edən, təbliğ edən bir çox əsərlərə ehtiyac var", - deyə dövlət başçısı qeyd edib.
Daxili ofisində rus dilində danışan və rus dilini bilməyən şəxsləri demək olar ki, baş ofisdə işə götürməyən "Accessbank"rəsmi internet saytında sözügedən gölü erməni dilində "Sevan" yazması diqqət çəkib.
Şəkildə də göründüyü kimi sözügedən bank Göyçə gölünü Azərbaycan dili ilə yanaşı erməni dilində də yazaraq saytında nümayiş etdirir.
Qeyd edək ki, digər banklar bu kimi halların baş verməməsi üçün yerli xəritələrdən istifadə edir və bu kimi səhvlərdən qaçınır. "Accessbank" isə bu səhvini görməzdən gələrək tutarlılıq nümayiş etdirir.