USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Müştərilərin ən çox narazı qaldığı bank - "Expressbank"

18.10.2025 Problemli Banklar
0 0
Azərbaycanın bank sektorunda sular durulmur ki, durulmur. Hətta bankların sayı azaldıqca digər bankların mənfi cəhətləri daha da görünən hal alır. İstənilən dövrdə maliyyə sektorunda çatışmazlıqlar, narazılıqlar və s. kimi problemlər olub. Hazırda bankların azlığı əvvəllər də olan problemləri daha da qabarıq hala gətirir.

Kommersant.az xəbər verir ki, başlıqdan da məlum olduğu üzrə bu yazının "baş qəhrəmanı" "Expressbank"dır. Hansı ki, bu bank "Rtail" bank olmasına baxmayaq müştərilərini daha çox narazı salan banklar arasında top siyahıda yer alır.

Cari ilin 9 aylıq, yəni, 3-cü rübünə olan hesabatlarını açıqlayan bankların unutduğu bir məsələ var. O da Azərbaycanın Mərkəzi Bankının (qısaca - AMB) hər ay üçün açıqladığı şikayət indeksi. Biz də bunun əsasında indekslərin rüblüyü haqqında məlumatları sizinlə paylaşmaq istədik. Cari ilin avqust ayının göstəricilərinə görə AMB-yə ən çox şiakyət edilən bank "qəhrəmanımız" "Expressbank" olub. O, 2.83 indeksi ilə zirvədə qərarlaşa bilib. Sentyabr ayında isə şikayət indeksi 1.73 olub ki, bu da bankı ilk 5-liyə salmağa kifayət edib.

Müştərilərin AMB-yə şikayət etmə səbəbləri çox şaxəlidir. Məsələn, xidmət keyfiyyyəti, filiallarda mütəxəsislərin müştərilərə qarşı kobud danışığı və s. Amm ən əsas məsələ isə şəffaflığın pozulması ola bilər. Çünki, yerli əhalimizin ən xırda problemi şişirib dağ etmək kimi xüsusiyəti yoxdur. Şəffaflığın pozulması da demişkən bəlkə də bank buna görə biznesmen müştərilərini itirib. Bank müştəriləri arasında "elita" hesab edilən hüquqi şəxslər 3-cü rübdə banka əmanət etdikləri depozitlərin 17 milyon 656 min manatını və ya 29.54 faizini geri götürüb.

Yekun olaraq bildirə bilərik ki, sözügedən bank müştərilərlə işləməyi digər banklara nisbətən bacara bilməyib.

  • Əvvəlki

    UBS Qlobal Fond Tövsiyələrini Yenidən nəzərdən keçirir

Digər xəbərlər

17.10.2025 Problemli Banklar
"Rabitəbank" pul qazana bilmir
0 0
17.10.2025 Problemli Banklar
"Expressbank"ın gəliri 1 faizə çata bilməyib
0 0