USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ekspert: “Bakıdakı binaların əksəriyyəti 8 ballıq zəlzələyə davamlıdır”

08.06.2023 İnşaat və Əmlak
15 51
"Bakıda inşa olunmuş “Xruşovka” layihəli, eyni zamanda 2-3 mərtəbəli binaların istismar müddəti artıq başa çatıb. Hələ sovet dövründə inşa edilən zaman bunların istismar müddəti 50 il nəzərdə tutulmuşdu. Doqquz mərtəbəli olan “Kiyev”, “Leninqrad” layihəli binaların istismar müddəti isə 70 il nəzərdə tutulub və onların istismar müddəti isə hələ başa çatmayıb".

Bu fikirləri Demokrat.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Qazımzadə deyib.

Ekspert qeyd edib ki, ölkəmizdə zəlzələ baş verən zaman müəyyən binalarda xoşagəlməz hallar baş verə bilər:

"Artıq müşahidələrdən də bəzən görmək olur ki, hər hansı bir kanalizasiya sistemlərinin sıradan çıxması nəticəsində bəzi binaların artıq zirzəmilərinə çirkab sular dolub. Bu, həm vətəndaşların rahat yaşamasına mənfi təsir göstərir, həm də binanın bunövrəsini tədricən sıradan çıxarmış olur.

Ümumiyyətlə, mərtəbələrarası örtüklərin tədricən öz keyfiyyətini itirməsi binanın dayanıqlığına təsir göstərən amillərdəndir. Bundan başqa, elə sakinlərimiz tərəfindən bir çox hallarda zirzəmilərin özündə binanın dayanıqlığına təsir edən konstruktiv elementlərə də müxtəlif təsirlər göstərilir. Bu səbəbdən də acınacaqlı nəticələrə səbəb olan hadisələr baş verməsi qaçınılmazdır".

Yeni tikili binalara gəldikdə isə ekspert qeyd edib ki, hazırda Fövqəladə Hallar Nazirliyi hər bir bina tikilən zamandan sonuncu mərtəbənin tikintisinədək ciddi nəzarət həyata keçirir:

"Hətta beton tökülən zaman ondan müəyyən nümunələr götürülür. Armaturun belə nümunələri götürülür və onlara nəzarət həyata keçirilir.

Ümumiyyətlə, Fövqəladə Hallar Nazirliyi tərəfindən rəyə alınan binaların əksəriyyəti zəlzələyə davamlıdır. Paytaxtda tikilən bəzi binalara isə Fövqəladə Hallar Nazirliyi tərəfindən rəy verilməyib. Bərkidilməsi, gücləndirmə tədbirlərinin görülməsi ilə bağlı həmin binalara tövsiyələr verilib. Demək olar ki, paytaxtda çıxarışla təmin olmayan binaların, yeni tikili binaların əksəriyyətində məhz bu təhlükəsizliklə bağlı problemlər mövcuddur. Bu səbəbdən də həmin binalara müvafiq rəylər bugünədək verilmir".

Onun sözlərinə görə, paytaxtda tikilən binaların əksəriyyəti 8 ballıq zəlzələyə davamlıdır:

"Əgər həmin binalar 8 ballıq zəlzələyə davam gətirə bilmirsə, onda onlar dövlət qeydiyyatına alınmır və çıxarışla təmin edilmirlər. Əgər çıxarışla təmin edilibsə və müvafiq dövlət qeydiyyatına alınıbsa, demək ki, həmin binalar köhnə tikili binalardan daha möhkəm, daha keyfiyyətlidir".

  • Əvvəlki

    Bu şəxslərə vəzifə verildi

Digər xəbərlər