Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın icmal büdcəsinin gəlirləri 35,9 milyard manat, xərcləri isə 29,027 milyard manat təşkil edib.
Kommersant.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, 2024-cü ilin eyni dövrü ilə müqayisədə bu göstəricilər müvafiq olaraq 3,4% az və 2% çoxdur.
Beləliklə, icmal büdcədə 6,8 milyard manat profisit yaranıb ki, bu da ötən ilin eyni dövrünə nisbətən 21,1% azdır.
Hesabat dövründə Dövlət Neft Fondunun büdcəsinin gəlirləri 13,116 milyard manat, xərcləri 10,895 milyard manat olub. Bundan başqa, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin gəlirləri 5,888 milyard manat, xərcləri 5,628 milyard manat, ƏƏSMN yanında İşsizlikdən sığorta fondunun büdcəsinin gəlirləri 177,3 milyon manat, xərcləri 158,6 milyon manat, İcbari tibbi sığorta fondunun büdcə gəlirləri 1,525 milyard manat, xərcləri 1,685 milyard manat olub.
Eyni zamanda hesabat dövründə Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlirləri 325,5 milyon manat, xərcləri 302,2 milyon manat təşkil edib.