USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Lirə və rublun ucuzlaşması manata necə təsir edəcək - EKSPERT

06.07.2018 İqtisadiyyat
0 0
“Lirənin dəyər itirməsi Azərbaycan üçün dövriyyənin həcmi etibarilə manat üzərində təzyiq yarada bilməz”.

"Kommersant" xəbər verir ki, bu sözləri saytımıza açıqlamasında iqtisadçı ekspert Cəfər İbrahimli deyib.

Dünən inflyasiya göstəricisilə dollar qarşısında 1%-dən çox ucuzlaşan Türk lirəsi bu gün də dəyərdən düşüb. Belə ki, lirə 0,363 manata enib. Rusiya rublunun (0,0269 manat) rəsmi məzənnəsi isə sabit qalıb. Rublun məzənnəsi bu gün dəyişməsə də, qeyd etmək lazımdır ki, Rusiya valyutası son bir neçə ay ərzində kifayət qədər dəyər itirib.

Nəzərə alsaq ki, Türkiyədə təqribən 3 milyon, Rusiyada isə 2 milyona yaxın azərbaycanlı yaşayır, həmin ölkələrin valyutalarının sürətlə dəyər itirməsinin Azərbaycana təsirinin nə qədər böyük ola biləcəyini düşünməyə dəyər.

C.İbrahimlinin sözlərinə görə, Azərbaycanla Türkiyə arasındakı idxal-ixrac əməliyyatlarında ev əşyaları və yüngül sənaye məhsulları üstünlük təşkil edir:

"Lirənin dəyər itirməsi Türkiyə ixracatını stimullaşdırır. Çünki ölkə ixraca meyllidir. Lakin eyni zamanda Türkiyə iqtisadiyyatı üçün böyük fəsadları da var. Türk lirəsi 20 il ərzində mütəmadi olaraq dəyər itirir. Bu isə əlbəttə ki, maliyyə sektorunda problemlərə yol açır. Ölkə, əsasən, yarımfabrikat və enerji məhsulları idxal etdiyi üçün lirənin mütəmadi ucuzlaşması inflyasiya yaradır. Orada ticarətlə məşğul olan azərbaycanlılar riski nəzərə almalıdırlar".

Ekspertin sözlərinə görə, Türkiyədə keçirilən prezident seçkilərindən sonra lirədə kifayət qədər stabilləşmə müşahidə edilir:

"Siyasi riskin azalması fonunda xarici investorlar vəsaitlərini Türkiyə iqtisadiyyatına yatırmağa başlayıb. Bu isə əlbəttə ki, müsbət göstəricidir".

İqtisadçı qeyd edib ki, rublun dəyər itirməsi Rusiyadan Azərbaycana gətirilən xammal məhsullarının (xüsusilə taxta-şalban) qiymətini aşağı salacaq:

"Rusiya məzənnəsinin ucuzlaşması həmin məhsulların Azərbaycana nisbətən ucuz gəlməsini stimullaşdırmaqla biznes mühitinə öz müsbət təsirini göstərə bilər. İstehsalı ucuz başa gələn məhsulların qiyməti də alıcılar üçün sərfəli olur".

C.İbrahimli vurğulayıb ki, rublun da manat üzərində ciddi təzyiqi gözlənilmir:

"Azərbaycan Rusiyaya uzun illərdir ki, ənənəvi məhsullar ixrac edir. Rubl dəyərdən düşsə belə, Rusiya həmin məhsulların idxalını dayandırmayacaq. Deməli, rubl manat üzərində ciddi təzyiq yaratmayacaq".

Ekspertin sözlərinə görə, ABŞ-ın Rusiyaya tətbiq etdiyi sanksiyalar rublun dəyərdən düşməsi ilə müqayisədə Rusiyada yaşayan azərbaycanlıların gəlirlərinin azalmasına (son 2-3 il ərzində təxminən 1-2 milyard dollar) daha çox təsir edib:

"Bilirik ki, onlar gəlirlərinin müəyyən qismini Azərbaycanın regionlarında yaşayan ailə və qohumlarına göndərir. Bu isə valyutanın ölkəyə girişini təmin edirdi. ABŞ-ın Rusiyaya tətbiq etdiyi sanksiyalar nəticəsində soydaşlarımızın bir qismi aktivlərini Azərbaycana yönəldib. Bu isə itkini kompensasiya etməyə kömək edəcək".

İqtisadçı qeyd edib ki, Rusiyada keçirilən futbol üzrə dünya çempionatı rublun dirçəlməsinə müəyyən qədər təkan verə bilər:

"Buna turizmdən əldə edilən gəlir sayəsində nail olmaq mümkündür. Lakin Rusiya iqtisadiyyatı 1,5 trilyon dollar həcmindədir. Bu rəqəm isə ölkə iqtisadiyyatına istiqamət vermək gücünə malik deyil. İqtisadiyyatdakı dollar bolluğu müvəqqətidir".

  • Əvvəlki

    "Məcbur qalsaq cavab verəcəyik" - Çin ABŞ-ı hədələdi

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Dünya birjalarında neft neçəyə satılır?
0 0
28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0