USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan xaricə yumurta ixracını artırıb

30.10.2025 İqtisadiyyat
0 0
2025-ci ilin ilk səkkiz ayında Azərbaycanın quş yumurtası ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətli dərəcədə artıb.

Kommersant.az xəbər verir ki, ölkədən 11,4 milyon ədəd inkubasiya üçün mayalanmış yumurta ixrac olunub. Bu, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə təxminən 3,1 dəfə çoxdur. İxracın dəyəri isə 1,1 milyon dollardan 3,8 milyon dollara yüksəlib.

Mayalanmış yumurta ixracında əsas istiqamətlər İraq, Birləşmiş Ərəb Əmirlikləri və Əfqanıstan olub. İraq 6,9 milyon ədəd və 2,2 milyon dollarlıq idxalla əsas alıcı kimi çıxış edib.

Digər təzə quş yumurtalarının ixracı da artım göstərib. 2025-ci ilin ilk səkkiz ayında bu kateqoriyada 89 milyon ədəd yumurta xaricə göndərilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 40 faiz çoxdur. İxracın ümumi dəyəri 5,45 milyon dollardan 6,37 milyon dollara yüksəlib. Əsas bazarlar sırasında Birləşmiş Ərəb Əmirlikləri (53,5 milyon ədəd), ABŞ (33,5 milyon ədəd) və Afrika ölkələri — Qambiya və Syerra-Leone yer alıb.

Ümumilikdə, hər iki kateqoriyada ixracın ümumi həcmi 2024-cü ilin ilk səkkiz ayında 67 milyon ədəd olduğu halda, 2025-ci ildə bu göstərici 100 milyon ədəd həddini keçib.

Azərbaycan martdan ABŞ-a müntəzəm süfrə yumurtası ixracına başlayıb. “Giləzi Quşçuluq” ABŞ standartlarına uyğun sertifikat alıb.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ölkədə yumurta istehsalı da artım nümayiş etdirib. 2025-ci ilin ilk doqquz ayında 1 milyard 789,4 milyon ədəd yumurta istehsal olunub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 33,6 milyon ədəd çoxdur.

  • Əvvəlki

    İlham Əliyev ASB-nin 2026-cı ildə Ermənistanda keçiriləcək sammitində iştirak etmək niyyətində deyil

Digər xəbərlər