USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Cənubi Koreya Çinli turistləri vizadan azad edəcək

06.08.2025 İqtisadiyyat
0 0
Cənubi Koreya sentyabrın 29-da Çinli turist qrupları üçün müvəqqəti viza azadlığına başlayacaq. 30 İyun 2026-cı ilə qədər davam edəcək bu müvəqqəti viza azadlığı Çinin keçən il başlatdığı vizasız səyahət təşəbbüsünə cavabdır. Hökumət bu qərarla turizmi və bölgə iqtisadiyyatlarını inkişaf etdirməyi hədəfləyir. Xarici işlər naziri Ço Hyun Çinlə yaxşı münasibətləri saxlamaq üçün səylərin davam etdiriləcəyini vurğulayıb.

Cənubi Koreya Çinli turist qruplarına müvəqqəti viza azadlığı verməyə qərar verib.

Yonhap-ın məlumatına görə, Baş nazir Kim Min Seokun sədrliyi ilə keçirilən hökumət iclasında çinli turist qruplarının 29 sentyabrdan etibarən Cənubi Koreyaya vizasız daxil ola biləcəyi və bu siyasətin 30 iyun 2026-cı ilə qədər davam edəcəyi açıqlanıb.

Hökumət rəsmiləri bildiriblər ki, bu addım “Cənubi Koreya və regionun iqtisadiyyatlarını canlandırmaq məqsədi daşıyır”.

Bu qərar Çinin 2024-cü ilin noyabrında tətbiq etdiyi Cənubi Koreya və bəzi digər ölkələrin vətəndaşları üçün 15 günə qədər davam edən vizasız səyahət siyasətinə cavabdır.

Cənubi Koreyanın xarici işlər naziri Ço Hyun daha əvvəl bəyan etmişdi ki, hökumət Çinlə yaxşı münasibətlər saxlamaq üçün çalışacaq.

  • Əvvəlki

    Rusiyada zəlzələdən sonra Kamçatka yarımadasının yeri 2 metr dəyişdi

Digər xəbərlər

06.08.2025 İqtisadiyyat
"Zara"nın reklamlarına qadağa gəldi
0 0
06.08.2025 İqtisadiyyat
Almaniyada fabrik sifarişləri azaldı
0 0