USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Volkswagen Avropada ən çox satılan avtomobil oldu

06.08.2025 İqtisadiyyat
0 0
Elektriklə işləyən avtomobillərin payı artıb. Volkswagen 2025-ci ilin ilk yarısında 11,3 faiz bazar payı və 630 868 satışla Avropa Birliyində ən çox satılan avtomobil markası olub. Ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin birinci yarısında benzinlə işləyən avtomobil satışı 21,2 faiz azalıb, elektriklə işləyən avtomobil satışı isə 22 faiz artaraq 869 min 271 ədəd olub.

Volkswagen bu ilin yanvar-iyun ayları arasında 11,3 faiz bazar payı və 630 868 satışla Avropa İttifaqının (Aİ) avtomobil satışlarına liderlik edib.

Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının (ACEA) tərtib etdiyi məlumatlara görə, AB ölkələrində yeni avtomobil satışları iyun ayında keçən ilin eyni ayına görə yüzdə 7,3 azalaraq 1 milyon 10 min 201 ədədə düşüb.

Avropa İttifaqına üzv ölkələrdə satılan yeni avtomobillərin 33,8 faizi hibrid, 27,7 faizi benzinlə işləyən, 16,7 faizi elektrik, 9,3 faizi plug-in hibrid, 9 faizi dizel, 3,4 faizi isə digər yanacaqla işləyən avtomobillər olub.

Elektrikli avtomobil satışları iyun ayında illik müqayisədə 7,8 faiz artaraq 168 488-ə çatıb. Tam elektrik, hibrid və plug-in hibrid modellər ümumi satışların 59,8 faizini təşkil edib.

Bu ilin yanvar-iyun dövründə ümumi satışlar ötən ilin eyni dövrü ilə müqayisədə 1,9 faiz azalaraq 5 milyon 576 min 568-ə düşüb.