USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Neft bahalaşır - Dövlət büdcəsinə dəyişiklik təxirə salına bilər

05.06.2020 İqtisadiyyat
0 0
Azərbaycanın ixrac etdiyi neftin qiymətinin bir neçə dəfə ucuzlaşmasından və karantinlə əlaqədar qeyri-neft sektoru üzrə gəlirlərin azalmasından sonra dövlət büdcəsinə ciddi dəyişiklik edilməsi məsələsi gündəmə gəlmişdi. Prezident İlham Əliyevin də tövsiyəsi əsasında büdcənin kiçildilməsi istiqamətində araşdırma aparılırdı. Gözlənilirdi ki, may və ya iyunda hökumət Milli Məclisə dövlət büdcəsinin yeni layihəsini təqdim ediləcək. Amma hələlik belə bir layihə parlamentə təqdim olunmayıb.

"Kommersant.az" xatırladır ki, hökumətin hələ də büdcə dəyişikliklərinə dair layihəni təqdim etməməsinə səbəb dünya neft bazarlarında və Azərbaycanın daxili istehlak bazarında baş verən müsbət dəyişikliklərdir. Məlumdur ki, son vaxtlar Azərbaycanın ixrac etdiyi neftin qiyməti davamlı yüksəlir. Apreldə 15 dollara satılan neftimizin qiyməti artıq 41 dollara yüksəlib. Neftin bahalaşmasına səbəb "OPEC+" çərçivəsində razılaşmanın əldə edilməsi və dünyanın bir sıra regionlarında karantin tədbirlərinin yumşaldılmasıdır. Bir tərəfdən neft istehsalının azaldılması, digər tərəfdən neft istehlakının artması "qara qızıl"ın qiymətinin gözləniləndən də tez yüksəlməsinə səbəb olub. Əvvəlki proqnozlarda Azərbaycan neftinin qiymətinin mayda 25-30 dollar, iyunda 35-40 dollar intervalında dəyişəcəyi güman edilirdi. Amma reallıqda mayda orta qiymət 35 dollara yüksəldi, iyunda isə artıq qiymət səviyyəsi 40 dolları keçib. Faktiki vəziyyət göstərir ki, neftin əvvəlki qiymətləri bərpaetmə sürəti gözlənildiyindən daha yüksək olacaq.

Neftin bahalaşması ilə paralel olaraq ölkəmizdə iqtisadi fəaliyyətə qoyulan məhdudiyyətlər də yumşaldılır. Hökumətin yeni yanaşmasına əsasən, insanların, biznes dairələrinin fəaliyyətinə geniş məhdudiyyət tətbiq edilmir, əvəzində qoruyucu vasitələrdən istifadə məcburiyyəti gətirilir. Bununla ölkədə yenidən istehlakın, biznes fəaliyyətinin genişlənməsi proqnozlaşdırılır.

Hökumət yeni vəziyyətin hansı müsbət dəyişikliklərə səbəb olacağını izləyəcək. Əgər neftin bahalaşması və daxildə tələbin, iqtisadi aktivliyin artması davam edərsə, o halda dövlət büdcəsinə köklü dəyişikliklərin edilməsi təxirə salınacaq.

Bunu Maliyyə naziri Samir Şərifov da açıqlamasında vurğulayıb. Nazir deyib ki, yanvar-aprel ayları ərzində Dövlət Gömrük Komitəsi və Dövlət Vergi Xidməti öz proqnozlarını artıqlaması ilə yerinə yetirib. O vurğulayıb ki, bu ilin yanvar-aprel aylarında Azərbaycan iqtisadiyyatında müsbət artım var. Belə ki, ilk 5 ayda dövlət büdcəsində 500 milyon manatlıq profisit yaranıb. Buraya Dövlət Neft Fondunun vaxtından tez ödənilmiş köçürmələri daxil deyil.

Nazir söyləyib ki, dövlət büdcəsininicrası ilə bağlı çağırışlar mövcuddur. S.Şərofov qeyd edib ki, iqtisadi artım proqnozlarına yenidən baxılacaq və bununla bağlı büdcəsinin həm gəlirlərinə, həm də xərclərinə yeni bir baxış nümayiş etdiriləcək.

Amma nazir onu da bildirib ki, bu məsələdə tələskənliyə yol verilməyəcək. Çünki karantin dövründə olan davranış sonraki dövrlərdə olacaq davranışdan fərqlənəcək. Artıq karantinin yumşaldılması ilə bağlı silsilə qərarlar qəbul edilib, hökumət gözləyir ki, istehlak, iqtisadi fəallıq artacaq, əvvəlki səviyyələrə çatmasa da, istənilən halda gəlirlər artacaq.

Nazirin bu qeydindən belə başa düşülür ki, hökumətin büdcəyə necə dəyişiklik edəcəyi cari dəyişikliklərdən asılı olacaq. Yəni, dinamika müsbətə doğru davam edərsə, büdcənin gəlirlər hissəsində dəyişiklik edilməyəcək, yalnız xərclər hissəsinə əl gəzdiriləcək. Əvvəlki gözləntilərdə gəlirlər proqnozunun da dəyişdirilməsi nəzərdə tutulmuşdu. Lakin iqtisadi aktivliyin, qiymətlərin sürətlə bərpa olunması gəlirlərin dəyişdirilməsi ehtimalını azaldır.

Xərclər isə dəyişdirilməlidir. Çünki Prezidentinin imzaladığı sərəncama əsasən1milyard manat məbləğində vəsait pandemiyanın iqtisadiyyata göstərdiyi mənfi təsirin aradan qaldırılmasına yönəldilib. O cümlədən, bu yaxınlarda533 milyon manatvəsait iqtisadiyyatın müxtəlif sektorlarına verilib. Bu vəsaitlər ilk növbədə kiçik, orta və mikro sahibkarlara təmənnasız yardıma yönəldilib. Bundan başqa, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə də yardımların həyata keçirilməsi üçün müəyyən vəsait köçürülüb. Bundan başqa səhiyyə xərcləri xeyli artıb. Sadalanan xərclər əvvəl nəzərdə tutulmamışdı.

Xatırladaq ki, bu ilindövlət büdcəsinin gəlirləri24mlrd134,5milyon manat, xərcləri isə26mlrd894,7milyon manat məbləğində proqnozlaşdırılır.

Bu ilin yanvar-aprel aylarında dövlət büdcəsinin gəlirləri9,6milyard manat, xərcləri 7,3milyard manat təşkil edib. Son nəticədə büdcədə2,3milyard manat qalıq yaranıb.

Sfera

  • Əvvəlki

    Sahibkarlığın İnkişafı Fondunun Müşahidə Şurasının tərkibi dəyişib

Digər xəbərlər

18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0