Dünya birjalarında Brent markalı neftin qiyməti bahalaşıb
"Kommersant" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin 1 barelə görə qiyməti 0,46 dollar və ya 0,62% bahalaşaraq 74,31 dollar olub.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri də 0,54 dollar və ya 0,69 yüksələrək 78,61 dollar olub.