Avropaya qaz satışında yenilik

06.08.2018 Energetika
Türkiyə təbii qaz ixracatçısı olmağı hədəfləyir.

“Kommersant.az” xəbər verir ki, təbii qazın alışında xarici ölkələrdən asılılığını tamam azaldan və təbii qaz ixracatçısı olmağı hədəfləyən Türkiyə, bu sahədə önəmli addım atıb.

Belə ki, Türkiyə və Bolqarıstan arasında “Lozenets-Nedyalsko” boru xəttinin açılışı olub. Xəttin əsas özəlliyi isə ikitərəfli qaz axınının mümkün olmasıdır. Bu xəttin açılması ilə gələcəkdə Türkiyə Avropaya qaz ixracında da iştirak edə biləcək.