USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan Türkiyəyə əlavə çox böyük sərmayə yatıracaq

06.08.2018 İqtisadiyyat
0 0
"SOCAR Türkiyə" şirkətinin rəhbəri Zaur Qəhrəmanov, "Petkim"in Əliağa ərzisində tikəcəyi ikinci neft-kimya kompleksi üçün texniki-iqtisadi əsaslandırmanı 2019-cu ilin aprel ayında tamamlanacağını açıqlayıb.

"Kommersant.az" xəbər verir ki, Zaur Qəhrəmanov, "Petkim"in həmin ilin iyun ayında ikinci neft-kimya kompleksinin tikintisi işlərinə başlamağı planlaşdırdığını və bunun çox böyük sərmayə olacağını bildirib.

Zaur Qəhrəmanov, ikinci kompleksdə 2022-nin sonunda və ya 2023-ün əvvəlində istehsala başlamağı planlaşdırdıqlarını söyləyib.

Zaur Qəhrəmanov, STAR Neftayırma Zavodu ilə Türkiyəyə 19 milyard dollarlıq sərmayə qoyduqlarını, neft-kimya sektorunun xam maddə ehtiyacını ödəyəcək bu kompleksin təyyarə yanacağı, LPG və motorin də istehsal edəcəyini qeyd edib.

Cari kəsirin azalmasına kömək edəcək STAR Neftayırma Zavoduna ilk neft gəmisinin yanaşdığını, sınaq istehsalına başlandığını, oktyabr ayının sonunda tam istehsalın başlayacağını deyən Qəhrəmanov, kompleksin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə keçiriləcək mərasimdə açılacağını deyib.

STAR-ın işə düşməsilə Türkiyənin xarici ticarət kəsirinin illik təxminən 1,5 milyard dollar azalacağına işarə edən Qəhrəmanov, yeni bir neft-kimya kompleksi üçün də hazırlıq gördüklərini bildirib.

Zavodda təxminən 1 milyon ton reformat adı verilən neft-kimya xam maddəsi istehsal ediləcəyini bildirən Qəhrəmanov, belə davam edib:

"Petkim"in 1 milyon tonu emal etmək üçün gücü kifayət etmir. Bunun 250 min tonu "Petkim"ə gedəcək. Qalan 750 min tonu istifadə edərək iqtisadiyyata əlavə töhfə vermək üçün yeni bir neft-kimya kompleksi planlaşdırırıq. Bu investisiya yenə Əliağa obyektlərimizin yerləşdiyi yerdə olacaq. Bütün müəssisələrimiz buradadır. İnfrastruktur olaraq da bura uyğundur. Bu yeni komplekslə neft-kimya məhsulları idxalının 40%-ni qarşılamağı planlaşdırırıq".


(c) Azərtac