Avropanı bürüyən isti dalğası həyatı çətinləşdirir. Bir çox ölkədə havanın temperaturu 40 dərəcəni keçib, məktəblər bağlanıb, xəbərdarlıq səviyyəsi artırılıb.
İsti dalğası bütün Avropada, xüsusilə Fransa, Almaniya, İspaniya, Portuqaliya, İtaliya və Yunanıstanda davam edir.
Fransa Meteorologiya Xidməti həddindən artıq istilərlə əlaqədar paytaxt Paris də daxil olmaqla 16 bölgə üçün qırmızı, 68 bölgə üçün isə narıncı xəbərdarlıq elan edib. Ölkədə gün ərzində havanın temperaturunun 41 dərəcəyə qədər yüksələ biləcəyi bildirilib və təxminən 1350 məktəbin 1 gün ərzində tamamilə və ya qismən bağlandığı qeyd edilib.
Almaniyanın bəzi bölgələrində havanın temperaturu 40 dərəcəyə çatıb
Almaniya Meteorologiya Xidməti isti və quru hava şəraitinin meşə yanğınları riskini artırdığını və ölkənin bəzi bölgələrində temperaturun 40 dərəcəyə çatacağını açıqlayıb. Bildirilib ki, ölkənin bəzi şəhərlərində sudan istifadəyə məhdudiyyətlər qoyulub.
Bildirilib ki, İspaniyanın Sevilya şəhərində yaxın üç gün ərzində havanın temperaturu 40 dərəcədən yuxarı, cümə axşamı səhərə qədər isə gecə temperaturunun ən azı 25 dərəcə olacağı gözlənilir.
İtaliyanın 17 şəhəri üçün "qırmızı xəbərdarlıq" elan edilib
Portuqaliyanın paytaxtı Lissabonun şərqindəki Morada temperaturun 46,6 dərəcəyə çatdığı, 18 bölgədən 7-nin həddindən artıq risk xəbərdarlığı altında olduğu açıqlanıb.