USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Sabah 32 dərəcə isti olacaq

01.07.2025 Digər
0 0
İyulun 2-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə +20 dərəcədən +23 dərəcəyədək, gündüz +26 dərəcədən +29 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-70 %, gündüz 50-55 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə +18 dərəcədən +22 dərəcəyədək, gündüz +28 dərəcədən +32 dərəcəyədək, dağlarda gecə +5 dərəcədən +10 dərəcəyədək, gündüz +15 dərəcədən +20 dərəcəyədək olacaq.