USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Yunanıstanda bakteriya xəbərdarlığı

26.05.2025 Digər
0 0
Yunanıstanın Mərkəzi Makedoniya bölgəsində Strep-A bakteriyasının sürətlə yayılması səbəbindən 9 məktəbin müvəqqəti bağlandığı bildirilib.

Yunan mətbuatında çıxan xəbərlərə görə, ilk hallar epidemiyanın başlanğıc nöqtəsi olaraq göstərilən Salonikinin Kalamariya bölgəsindəki bir məktəbdə aşkarlanıb. İnfeksiyaya səbəb olan bakteriyaların sürətlə yayılması ilə əlaqədar rayonda 3 ibtidai məktəb və 2 uşaq bağçasında tədris dayandırılıb.

Serres şəhərində Strep A bakteriyasının aşkar edildiyi 4 məktəb ehtiyat tədbiri olaraq müvəqqəti olaraq bağlanıb.

Yunanıstan Milli İctimai Sağlamlıq İnstitutu (EODY) Strep A bakteriyasının çox yoluxucu olduğunu bildirib və şəxsi gigiyena qaydalarına riayət edilməsinin vacibliyini vurğulayıb.

Səlahiyyətlilər, yoluxmuş insanlara antibiotik müalicəsi başladıqdan sonra ən azı 24 saat evdə qalmalarını tövsiyə edərək, panikanın olmaması və vəziyyətin nəzarətli şəkildə idarə edildiyini əlavə etdi.