USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Təhsil Nazirliyi məlumat yaydı - SON DƏQİQƏ

25.04.2020 İqtisadiyyat
0 0
Təhsil Nazirliyi müəllimlərin yerdəyişmə, daimiləşmə və MİQ-ə dair məlumat yayıb.

"Kommersant.az" xəbər verir ki, müəllimlərin iş yerinin dəyişdirilməsi elektron qaydada həyata keçirildiyi üçün, cari ildə müsabiqənin keçirilməsinə hər hansı maneə yoxdur. Elan ediləcək tarixlərdə qeydiyyatdan keçən və elektron ərizəsini təsdiq edən namizədlər iş yerini dəyişmək imkanı əldə edə biləcəklər.

Bunda başqa, ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi əsasında işləyən müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması müsabiqəsinə qeydiyyat başa çatmış, 1400 nəfərə yaxın namizədin elektron ərizəsi təsdiq edilmiş və bununla bağlı digər tədbirlər (elektron ərizələrdəki məlumatların emalı, müsahibə komissiyasının tərkibinin formalaşdırılması və təsdiqi) yekunlaşmışdır. Hazırda müsahibələrin test rejimində onlayn şəkildə təşkili ilə bağlı müzakirələr aparılır.

Bir qayda olaraq yay aylarında keçirilən ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin təxirə salınmasına dair hazırda hər hansı bir qərar yoxdur. Müsabiqənin test imtahanı və müsahibə mərhələsinin təşkili ilə bağlı zəruri tədbirlər həyata keçirilir. Ölkədə olan sanitar-epidemioloji vəziyyətdən və bununla bağlı tətbiq ediləcək qaydalardan asılı olaraq müvafiq qərar qəbul ediləcək və bu barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.

  • Əvvəlki

    SON DƏQİQƏ: Azərbaycanda zəlzələ oldu

Digər xəbərlər