USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İcazəsi olanlar da cərimələnəcək - DİN-dən açıqlama

26.04.2020 İqtisadiyyat
0 0
İcazəsi olan şəxslər qeyri-iş günlərində evdən başqa iş dalınca çıxacaqlarsa, onlar da məsuliyyəyə cəlb ediləcək.

"Kommersant.az" xəbər verir ki, bunu modern.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov deyib.

E.Zahidov qeyd edib ki, icazəsi olan şəxslər də digər vətəndaşlar kimi 8103 qısa SMS xidmətindən istifadə etməlidirlər:

"Çünki həmin şəxslərə icazə yalnız işə gedib-gəlmək üçün verilib. İstər jurnalist, istər fermer, istərsə də digər peşə sahibi olsun verilən icazədən sui-istifadə etməməlidir. Nəzərə almaq lazımdır ki, bütün bu tədbirlər ölkə vətəndaşlarının sağlamlığı üçündür. Kimsə bundan sui-istifadə edəcəksə, barəsində lazımi hüquqi ölçü götürüləcək".

Qeyd edək ki, DİN mətbuat xidmətinin yaydığı məlumatda ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi dövründə xidməti vəsiqə və ya iş yeri haqqında arayış əsasında hərəkətinə yol verilən, eləcə də barəsindəki məlumatlar işəgötürən tərəfindən icaze.e-gov.az portalına daxil edilmiş şəxslərin yalnız həftənin iş günlərində icazə almadan hərəkət edə biləcəyi açıqlanıb.

  • Əvvəlki

    Təhsil Nazirliyi məlumat yaydı - SON DƏQİQƏ

Digər xəbərlər

01.05.2024 İqtisadiyyat
Mərkəzi Bank uçot dərəcəsini endirdi
0 0
01.05.2024 İqtisadiyyat
Azərbaycan nefti ucuzlaşdı
0 0
01.05.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0