USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

AAYDA sədrinə məxsus olduğu iddia edilən 12 milyonluq mülklə bağlı - AÇIQLAMA

09.07.2019 İqtisadiyyat
0 0
Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Saleh Məmmədova məxsus olduğu iddia edilən villanın görüntüləri yayılıb.

"Kommersant.az" xəbər verir ki, sözügedən məlumat sosial şəbəkədə yayılıb və dərhal da geniş kütlə tərəfindən sürətlə yayılıb. Bəzi saytlar isə məsələni geniş oxucu kütləsinə çatdıraraq dərc ediblər.

Yayılan məlumatda deyilir ki, villa son 1 il ərzində tikilib və istifadəyə verilib. Üç mərtəbəli binanın 40 otaqdan ibarət olduğu və 12 milyon manata başa gəldiyi də iddia edilir.

.

Məsələ ilə bağlı Bizimyol.info-ya danışan Azərbaycan Avtomovil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, bu cür əsassız məlumatlar məhz müxalifətçilər və o düşərgəyə xidmət edən şəxslər tərəfindən məqsədyönlü şəkildə yayımlanır:

"Siz sadəcə olaraq bu cür informasiyaların kimlər tərəfindən yayılmasına nəzər yetirin. Bunu sırf müxalifətçilər, müxalif düşərgəyə xidmət göstərənlər yayır. Onların da bu cür informasiyaları yaymasının səbəbləri bəllidir. Göründüyü kimi bu cür insanlar, müxalifyönlü qüvvələri təmsil edənlər bunu bir məqsədlə edirlər ki, vəzifəli şəxslərlə bağlı şər və böhtan dolu məlumatlar yaysınlar və ölkəmizi sadəcə olaraq beynəlxalq ictimaiyyət qarşısında pis ölkə kimi qələmə verib nüfuzumuzu aşağı salsınlar. Bu da həmin qüvvələrin çirkin oyunun bir parçasıdır. Bu cür insanlar sifariş əsasında nəsə tapıb bu məqsədlə də yayırlar".

  • Əvvəlki

    Prezidentdən Abel Məhərrəmovun oğlu ilə bağlı - SƏRƏNCAM

Digər xəbərlər