USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Maşın bazarında qiymətlər artdı - VİDEO

09.07.2019 İqtisadiyyat
0 0
Azərbaycanda avtomobil bazarındakı dürğunluq davam edir.

"Kommersant.az" xəbər verir ki, Badamdar qəsəbəsində yerləşən avtomobil bazarında qiymətlərin artmı müşahidə olunur.

Bahalaşmaya səbəb kimi satıcılar alıcı qıtlığının əsas göstərirlər, alıcılar isə buna səbəb kimi bazarda təklifin azaldığını deyirlər.

Bazarda ən çox tələb isə mühərrik kiçik, istehsal ili yeni və kondisionerlərli avtomobillərədir. Amma həm alış, həm də ehtiyyat hissəsi qiymətləri ucuz olduğuna görə Almaniya istehsalı olan avtomobillərə də tələb var.

Satıcılar ötən illərə nisbətən bu il Azərbaycana gətirilən komfortlu avtomobillərin sayında kəskin azalmanın müşahidə olunduğunu bildiriblər. Onlar buna səbəb ki, 2018-ci il yanvarın 1-dən aksiz vergisinin 80 faiz artırılmasının, 2019-cu il yanvarın 1-dən isə aksiz vergisinin 50 faiz artırılmasını əsas göstərirlər. Bu isə iri mühərrikli avtomobillərin satışına ciddi təsir edib. Kiçik mühərrikli avtomobillərə dizel maşınlara tələbatı artırıb ki, bu da həmin avtomobillərdə qiyməti bahalaşdırıb.
Satıcılar yerli istehsalın hələlik bazarda tələbatın 5 faizini ödəmədiyini deyərək, aksiz vergisinin artırılmasının daxili istehsala dəstək olma bilmədiyini, əksinə bazarda təklifin azalması nəticəsində büdcəyə daxilolmaların azaldığını vurğulayıblar.

Satıcılar üzü payıza doğru avtomobil bazarında canlanmanın olacağına ümid edirlər. Bu isə həm də qiymətlərin artımına səbəb ola bilər.

Bizimyolun avtomobil bazarından hazırladığımız videoreportajı təqdim edirik:

  • Əvvəlki

    AAYDA sədrinə məxsus olduğu iddia edilən 12 milyonluq mülklə bağlı - AÇIQLAMA

Digər xəbərlər

29.04.2024 İqtisadiyyat
FED-in faiz endirimi nə vaxt gələcək?
0 0
29.04.2024 İqtisadiyyat
Tesla səhmlərində kəskin artım
0 0
29.04.2024 İqtisadiyyat
Ən çox milyarderin yaşadığı 10 şəhər
0 0
29.04.2024 İqtisadiyyat
YouTube-dan yeni qərar
0 0
29.04.2024 İqtisadiyyat
Neft və qaz kəşfləri 50 faiz azalır
0 0