USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ-ın dərin böhran yaşamasının səbəbi nədir? - EKSPERT RƏYİ

18.06.2018 İqtisadiyyat
0 0
ABŞ 242 illik tarixi boyu ən qarışıq və çətin vəziyyətlərindən birini yaşayır. Son dönəmə qədər iqtisadiyyatda hər zaman ölkə xərcləri və iqtisadi artım inkişafı daim bir-biri ilə örtüşürdü. Hətta əksər hallarda əldə olunan qazanc, səviyyəsinə görə daha üstün olurdu.

"Kommersant" xəbər verir ki, bu, ABŞ-ın borcunun ÜDM-ə nisbətinə əsasən çıxarılıb. Sözsüz ki, əmək bazarına əsaslansaq, belə nəticə çıxarmaq olar ki, iqtisadi böhran hələ 2013-cü ildən başlayıb.

Əslində isə Amerika hökumətinin açıqladığı kimi iqtisadiyyat o qədər güclü olsaydı, xərclərin və büdcə kəsri faizlərin artması dayandırıla bilərdi. Ancaq hazırki ümumi iqtisadi tabloya nəzər salsaq, vəziyyət çox qorxulu görünür:

"Biz hazırda federal xərcləri artan faiz dərəcələri fonunda görürük. Yaranmış kəsrlər isə yeni kreditlər hesabına ödənilir. Bu isə ABŞ tarixində bir ilkdir."

Ümumiyyətlə, 2001-ci ildən etibarən ÜDM-in dərəcəsinə baxılarsa, ABŞ ən uzun böhranını yaşayır. Xərclərin və dövlət borcunun sürətlə böyüməsi bu həddə yaxın ən son müharibədən sonrakı dövrdə olmuşdu. 1980-ci ildən sonra Amerika sürətlə inkişaf etmiş və dünyanın ən güclü dövlətinə çevrilmişdi. Aşağıdakı qrafikdə ABŞ-ın ÜDM faizlərinin inkişafı göstərilmişdi.

Ən mənfi cəhət isə ondadır ki, 1968-ci ildə hökumət təxminən 74 trilyon dolları illik ÜDM-i 20 trilyon dollara çatırmaq üçün sərf edib.

Bunu qeyd etmək lazımdır ki, xarici səhmdarlar Amerikanı maliyyələşdirmək arzusunda deyil. ABŞ xəzinədarlığının son məlumatlarına görə aprel ayında xarici investorlar 2016-cı ildən etibarən yatırdıqları sərmayəni minimuma endiriblər. Rusiya isə sərmayələrinə ikiqat saxlayıb. Bu isə ümumdünya iqtisadiyyat tarixində ilk dəfə baş verir.

Nərmin Həsənli

  • Əvvəlki

    "OPEC hasilatı 300,000-600,000 barrel artırmağı müzakirə edir"

Digər xəbərlər

25.04.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
25.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0