USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Tramp: Ərdoğan həqiqətən Qəzzada atəşkəslə bağlı çox kömək etdi

13.10.2025 Siyasət
0 0
ABŞ prezidenti Donald Tramp Qəzzada atəşkəsə kömək edən ölkələr arasında Türkiyənin əhəmiyyətini vurğulayaraq, "Prezident Ərdoğan gözəl idi, həqiqətən çox kömək etdi. Çünki ona çox hörmət edilir. Çox güclü milləti, çox güclü ordusu var" dedi.

ABŞ prezidenti Tramp bu gün toplanacaq Şarm əl-Şeyx Sülh Sammitində iştirak etmək üçün Misirə uçarkən Qəzzada əldə olunan atəşkəs razılaşması ilə bağlı jurnalistlərin suallarını cavablandırıb.

Türkiyə, Qətər, Misir və Birləşmiş Ərəb Əmirlikləri də daxil olmaqla bir çox fərqli müsəlman ölkəsinin Qəzzada tətbiq edilən atəşkəsə mühüm töhfələr verdiyini qeyd edən Tramp, "Yeri gəlmişkən, Türkiyə böyük idi. Prezident Ərdoğan böyük idi, həqiqətən də çox kömək etdi. Çünki o, çox hörmətli bir insandır. Onun çox güclü milləti, çox güclü ordusu var" dedi.

Jurnalistlərin razılaşdırılmış atəşkəsin qorunub-saxlanamayacağı ilə bağlı sualına Tramp “Müharibə bitdi, müharibə bitdi, başa düşürsənmi? İnsanlar yorulub. Yalnız bu yaxınlarda deyil, əsrlərdir. Düşünürəm ki, hər kəs öz yerini bilir. Bu, İsrail üçün, ətrafındakı müsəlman ölkələri üçün, hər kəs üçün çox gözəl olacaq. Məncə, belə qalacaq" fikirlərini səsləndirib.

Qəzzada beynəlxalq qüvvələrə ehtiyac olacağını düşünmədiyini ifadə edən Tramp, "Qəzza Rivierası nə vaxt olacaq?"- sualına "Bilmirəm, ilk növbədə oradakı insanların qayğısına qalmaq lazımdır. Hazırda tam xarabalıqdadır" deyib.