USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İqtisadiyyat üzrə Nobel mükafatı laureatları açıqlanıb

13.10.2025 İqtisadiyyat
0 0
İsveç Kral Elmlər Akademiyası 2025-ci il İqtisadiyyat üzrə Nobel Mükafatının qaliblərini elan edib. Akademiya elan etdi ki, mükafat Joel Mokyr, Philippe Aghion və Peter Howitt-ə "innovasiyaya əsaslanan iqtisadi artımı izah etdiklərinə" görə verilib.

İqtisadiyyat üzrə 2025-ci il Nobel mükafatı hollandiyalı Coel Mokir, fransalı Filip Aqion və kanadalı Peter Hovittə verilib.

İsveç Kral Elmlər Akademiyasında keçirilən mətbuat konfransında 2025-ci il iqtisadiyyat üzrə Nobel mükafatı laureatları açıqlanıb.

Elana görə, Joel Mokyr mükafata "texnoloji irəliləyişlər vasitəsilə davamlı inkişaf üçün ilkin şərtlərin yaradılmasına görə", Filip Aghion və Peter Howitt isə "yaradıcı məhvetmə yolu ilə davamlı inkişaf nəzəriyyəsi" mövzusundakı işlərinə görə layiq görülüblər.

2024-cü il İqtisadiyyat üzrə Nobel Mükafatını türk professor Daron Acemoğlu və britaniyalı professorlar Saymon Conson və Ceyms Robinson institutların formalaşması və rifah halına təsirinə görə qazanıblar.