USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Rabitə Bank" - BAĞLANACAQ?

30.09.2025 Problemli Banklar
0 0
Adnan Əhmədzadənin həbsinin ardından birneçə müəmmalı sirrlərin üstü açılmaqda davam edir.

Kommersant.az xəbər verir ki, Azərbaycan mediasında verilən xəbərlərə görə Adnan Əhmədzadənin ardından Anar Əliyev ölkəyə çağırılıb və ölkədən çıxışına "Stop" qoyulub. Bu xəmirin çox su aparacağı da məlumdur. Adnan Əhmədzadə “Azeri Light” markalı neftin xam neftlərlə qarışdırlmasına görə ittiham olunur. Bu zaman ortaya sual çıxır ki, əldə olunan pullar hansı bank vasitəsilə ölkədən çıxarılıb?

Anar Əliyevin də ölkəyə çağırılaraq dindirilməsi bu işin "Rabitə Bank"a dək uzanacağı iddiasını ortaya atır. Çünki, Anar Əliyev "SOCAR"ın keçmiş prezidenti, hazırda iqtisadiyyat nazirinin müavini olan Rövnəq Abdullayevin dayısı oğludur. "Rabitə Bank" isə Rövnəq Abdullayevin qudasına məxsusdur. Əgər Adnan Əhmədzadənin əldə etdiyi çirkli pullar "Rabitə Bank" vasitəsilə daşınıbsa, o zaman bankın gələcəyi və əldə etdiyi lisenziyası riskli hesab edilir.

Qeyd edək ki, Adnan Əhmədzadə, Anar Əliyev, Rövnəq Abdullayev və Rauf Əliyev bağlantılarını ən qısa vaxtda geniş izahlı oxucularımızın diqqətinə çatdıracağıq.

  • Əvvəlki

    Biznes müştərilərinə beynəlxalq əməliyyatlarda yeni imkanlar təqdim edilir

Digər xəbərlər