“McDonald’s”a təzyiqlər davam edir

24.05.2018 Dünya
“McDonald’s”da su içmək üçün istifadə edilən plastik çubuqların istifadəsinə görə səhmdarların səsverməsi keçiriləcək

"Kommersant.az" xəbər verir ki, “McDonald’s”ın bu gün keçiriləcək ənənəvi iclasında kiçik səhmdar Keith Schnip “fast food” nəhənginə plastik çubuqların ləğvi üçün təzyiq göstərəcək. O, bu çubuqlardan istifadənin yaradacağı risklərin açıqlanmasını istəyir.

“McDonald’s” bu addımı lazımsız və əhəmiyyətsiz hesab edir və səhmdarlara təklifin əleyhinə səs verməklə bağlı çağırış edib.

“McDonald’s”ın mövqeyi ondan ibarətdir ki, 2025-ci ilə qədər qablaşdırma məhsulları yenilənən, təkrar istifadə edilə bilən və sertifikatlaşdırılmış mənbələrdən əldə ediləcək.