USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Nazir müavini: “Bu Forum iqtisadi inkişafa töhfə verəcək”

24.05.2018 İqtisadiyyat
1 0
“Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu dünyada baş verən trendlər, iqtisadi inkişaf istiqamətləri, eyni zamanda tətbiq olunan yeni iqtisadi mexanizmlər barədə müzakirələrin aparılması üçün gözəl platformadır”.

"Kommersant.Az" xəbər verir ki, bunu açıqlamasında Sank-Peterburqda keçirilən beynəlxalq İqtisadi Forumda Azərbaycan nümayəndə heyətinə rəhbərlik edən iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bildirib.

“Azərbaycan hər il bu forumda nümayəndə heyəti ilə təmsil olunur. İqtisadiyyat Nazirliyinin nümayəndələri aparılan müzakirələrdə iştirak edir. İqtisadiyyat sahəsində baş verən yeniliklərlə bağlı informasiyalar əldə olunur. İqtisadiyyatın müxtəlif sahələrində tətbiq olunan yeni texnologiyalar barədə keçirilən panellərdə iştirak edirik. Əminəm ki, əldə olunan bu informasiyalar Azərbaycanın iqtisadi inkişafı sahəsində görülən işlərə bir töhfə olacaq”, - deyə o qeyd edib.

  • Əvvəlki

    “McDonald’s”a təzyiqlər davam edir

Digər xəbərlər

25.04.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
25.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0