USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Olimpiya” futbol klubunun Bakı proqramı açıqlanıb

07.07.2018 İdman
2 0
Çempionlar Liqasının I təsnifat mərhələsində “Qarabağ” klubu ilə qarşılaşacaq “Olimpiya” klubunun Bakı proqramı açıqlanıb. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, Lyublyana təmsilçisi Bakıya cavab qarşılaşmasından 1 gün əvvəl gələcək.

Belə ki, iyulun 17-də səhər saatlarında çarter reysi ilə yola düşəcək komanda Bakı vaxtı ilə 16:00-da paytaxtımıza çatacaq. Rəhbərlik azarkeşlərə də komanda ilə birlikdə səyahət imkanı yaradacaq. Lakin bu, komandanı ölkəmizdə dəstəkləmək istəyən fanatlara 750 avroya başa gələcək. Bu paketə gediş-gəliş, oteldə məskunlaşma, yemək, şəhər gəzintisi, oyunun bileti daxildir.

Fanatlar matç günü səhər saatlarında Bakı gəzintisinə çıxacaq. İyulun 18-dəki görüşdən dərhal sonra isə heyət Lyublyanaya qayıdacaq.