Şahdağ Milli Parkında qanunsuz ov edən 2 nəfər saxlanılıb
07.07.2018
İqtisadiyyat
0
0
06 iyul 2018-ci il tarixində gecə saatlarında Şahdağ Milli Parkının və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən parkın Oğuz rayonu ərazisində qanunsuz ov edən 2 nəfər saxlanılıb.
"Kommersant" Ekologiya və Təbii Sərvətlər Nazirliyinin saytına istinadən xəbər verir ki, qanunsuz ov edən Oğuz rayon sakinləri Raqif Nəsirov və Dünyabir Nəsirovdan 2 ədəd ov silahı və 2 baş ovlanmış Dağıstan turu götürülüb.
Faktla bağlı qanun pozucuları barəsində sənədləşmə aparılıb və İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinə əsasən hər biri 1000 manat məbləğində cərimə edilib. Təbiətə 500 manat məbləğində ziyan dəydiyi məlum olub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən qanunsuz ov hallarının qarşısının alınması istiqamətində işlər davam etdirilir.
Digər xəbərlər
19.12.2025
İqtisadiyyat
Azərbaycan benzinini daşıyan 22 vaqon Ermənistana çatıb - Qevork Papoyan
0
0
19.12.2025
İqtisadiyyat
Belarus Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunu 6 dəfədən çox artırıb
0
0
18.12.2025
İqtisadiyyat
Avropa fond bazarları, Böyük Britaniya istisna olmaqla, müsbət tendensiyalar göstərir
0
0
18.12.2025
İqtisadiyyat
"Süni İntellektual Baloncuk" 2026-cı il üçün ən böyük riskdir - Deutsche Bank
0
0




.png)


















.jpg)









































