"Neftçi" Rumıniya klubunu məğlub edib

05.07.2018 İdman
Türkiyənin Bolu bölgəsində təlim-məşq toplanışında olan "Neftçi" bu gün sonuncu yoxlama matçına çıxıb.

“Kommersant”ın "Report"a istinadla məlumatına görə, paytaxt təmsilçisi Rumıniyanın "Politexnika”sı ilə üz-üzə gəlib. Qarşılaşma "Nefçi"nin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Komandanın qollarını 23-cü dəqiqədə Rəhman Hacıyev, 64-cü dəqiqədə isə Baqali Dabo, 90-cı dəqiqədə isə Rəşad Eyubov vurub. Qeyd edək ki, "Neftçi" əvvəlki üç yoxlama matçında da qələbə qazanıb. Makedoniyanın "Şkupi” və Rumıniyanın "Dunarya Kalaraşi” klublarını 2:0 hesabı ilə məğlub edən komanda Bosniya və Herseqovina "Çelik”ini 4:1 hesabı ilə üstələyib. Yoxlama oyunu 5 iyul 18:00. "Neftçi" - "Politexnika" - 3:1