USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Mərkəzi Bank yürütdüyü siyasətin bəhrəsini görəcək - BANKLARI ÇƏTİN VƏZİYYƏT GÖZLƏYİR

02.03.2023 Bank
9 4
Xəbər verdiyimiz kimi Azərbaycan banklarının məcmu kapitalı, cəmi aktivləri, cəmi öhdəlikləri, ipoteka kreditləri və s. göstəricilərinə görə ən böyük pay 3-4 bank arasında bölünüb. Bu bankların ən böyük paya sahib olmasının əsas səbəbi isə onların dövlət büdcəsinə dolaylı və ya birbaşa olaraq çıxışının olmasıdır.

Kommersant.az xəbər verir ki, 20-dən çox yerli bankın böyük banklardan geridə qalmasının əsas səbəbi də dövlət büdcəsinə çıxışın olmamasıdır. Buna görə də ölkəmizdəki kiçik və orta banklar maliyyə əziyyəti çəkir. Bu bankların ayaqda qalması üçün isə Azərbaycan Mərkəzi Bankı (qısaca – AMB) tərəfindən sağlamlaşdırma işləri aparılmır. Sağlamlaşdırma işləri dedikdə ciddi müəyyən güzəştlər və ya dəstkələyici addımlar atılmırın atılmadığı nəzərdə tutulur. Əvəzinə isə AMB cari ilin yanvar ayında banklara məcburi ehtiyyat normasını 4 faizdən 5 faizə yüksəltdi. Bundan sonra isə fevral ayının ilk günündə AMB uçot dərəcəsini 0,25 bənd artıraraq 8,5 faizə yüksəltdi. Daha sonra isə bankların əhalidən topladığı depozitlərə vergi tətbiq olundu. Buna görə də 20-dən çox bankın resurs əziyyəti çəkməsi daha da sərtləşəcək. Bununla da AMB yürütdüyü siyasətin bəhrəsini görəcək. Çünki, banklar arasında kiçilmənin olması və zəif bankların bazardan uzaqlaşması AMB-nin davam edən siyasətidir.

Qeyd edək ki, önümüzdəki illərdə maliyyə sektorunu enişli-çıxışlı yolları var və bu yolların sonunda bir neçə kiçik və orta banklar lisenziyalarını itirəcək.