USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Maliyyə Nazirliyi yerli banklarda 10 milyard manatdan çox depozit yerləşdirib

16.10.2025 Bank
0 0
Bu ilin aprel ayından etibarən vahid xəzinə hesabına sərbəst qalığının depozit hərracları vasitəsilə kommersiya banklarında yerləşdirilməsinə başlanılıb.

Kommersant.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, ilin aprel-oktyabraylarında təşkil olunmuş 22 depozit hərracında 10,4 milyard manat məbləğində vəsaitin yerli banklarda depozitə yerləşdirilməsi təmin edilib.

Məlumata görə, yerləşdirilən vəsait müqabilində 76,9 milyon manat faiz gəliri hesablanıb. Eyni zamanda qeyd edilib ki, həmin faiz gəlirinin vaxtı çatmış 66,6 milyon manatı dövlət büdcəsinə ödənilib.