USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Nazirlik bu şirkəti 50 min manat cərimələdi

02.03.2020 İqtisadiyyat
0 0
Bakıda ağacları kəsən şirkət cəzalandırılıb.

"Kommersant.az"ın məlumatına görə, bunu jurnalistlərə Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Sadiq Dərafərin bildirib. O qeyd edib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb:

"Nizami rayonu, T. Abbasov 5 ünvanında ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb. Sözügedən ünvanda aparılan araşdırma zamanı 2 sərv ağacının "Təbriz Center" MMC tərəfindən tikinti işləri aparılan zaman kəsildiyi müəyyən edilib".

Sektor müdiri əlavə edib ki, faktla bağlı akt və protokol tərtib olunub:

"Təbriz Center" MMC-nin hüquqi şəxs qismində 50 000 manat məbləğində cərimə olunması üçün toplanmış materiallar Nizami rayon Məhkəməsinə göndərilib".

  • Əvvəlki

    Baş nazirdən qərar: Bir ton üçün bir manat rüsum

Digər xəbərlər