USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“AccessBank”ın mənfəəti 9.26 faiz azalıb

16.01.2026 Problemli Banklar
0 0
“AccessBank”ın mənfəətini itirən banklar siyahısına adını yazdıra bilib.

Kommersant.az xəbər verir ki, bankın xalis mənfəəti 2024-cü ilin sonu ilə müqayisədə 5 milyon 10 min manat və ya 9.26 faiz azalaraq 49 milyon 52 min manata düşüb.

“AccessBank”ın xalis faiz gəliri 2024-cü ilin sonu ilə müqayisədə 31 milyon 742 min manat artaraq 256 milyon 176 min manata, faiz xərcləri isə 16 milyon 16 min manat artaraq 100 milyon 208 min manata yüksəlib. Buna görə də bankın xalis faiz gəliri 15 milyon 726 min manat artaraq 155 milyon 968 min manata çatıb.

Qeyri-faiz gəlirini 432 min manat artıraraq 18 milyon 546 min manat, qeyri-faiz xərclərini isə 10 milyon 376 min manat artıraraq 98 milyon 178 min manat edən “AccessBank” 76 milyon 336 min manat əməliyyat mənfəəti əldə edib. Bu da 2024-cü ilin sonu ilə müqayisədə 5 milyon 782 min manat çoxdur. Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatını 2 dəfədən çox artıran “AccessBank”ın xalis mənfəəti 5 milyon 10 min manat azalıb.

Bankın əməliyyat mənfəətinin artıb, xalis mənfəətinin azalma səbəbi də əslində budur. Problemli kreditlər, risklər və kreditlərin keyfiyyəti. Kredit keyfiyyətinin aşağı olduğunu düşünən “AccessBank”ın tədbir görməsi onun mənfəətini azaldıb.

AccessBank

2025 (IV Rüb)

2024 (IV Rüb)

Fərq

Faiz Gəliri

256.176

224.434

31.742

Faiz Xərci

100.208

84.192

16.016

Xalis Faiz Gəliri/Zərəri

155.968

140.242

15.726

Qeyri-Faiz Gəliri

18.546

18.114

432

Qeyri-Faiz Xərci

98.178

87.802

10.376

Əməliyyat Mənfəəti (Zərəri)

76.336

70.554

5.782

Zərərlər üçün Ehtiyyat

16.253

7.494

8.759

Xalis Mənfəət (Zərər)

49.052

54.062

-5.010