USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Orbita MTK ağacları kəsərək tikinti işləri aparıb - FOTOLAR

26.01.2026 İnşaat və Əmlak
0 0
Orbita MTK Bakının Nizami rayonu, Bəkir Çobanzadə küçəsində yerləşən ərazidə yaşayış binasının qaraj tikintisi üçün ağacları kəsib.

Kommersant.az xəbər verir ki, Sovetlər zamanı əkilən və təxmini yaşının 50-60-dan çox olduğu ehtimal edilən Eldar şamları Orbita MTK tərəfindən kəsillib. Kəsilən ağacların yerinə isə daş döşənib və bir neçə dekorativ ağaclar əkilib.

Şəhər mühitində yaşıl sahələrin qorunması xüsusilə aktual məsələdir. Bakı onsuz da yaşıllıq baxımından məhdud imkanlara malik şəhərlər sırasındadır. Belə şəraitdə tikinti adı altında ağacların məhv edilməsi şəhərsalma siyasətinin sosial və ekoloji aspektlərinin nə dərəcədə nəzərə alındığı sualını gündəmə gətirir. Tikinti layihələri yalnız iqtisadi maraqlarla deyil, eyni zamanda ictimai fayda və ətraf mühitin qorunması prinsipləri ilə eyniləşdirilməlidir.

Məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarının mövqeyi və Orbita MTK-nın açıqlaması hələlik yoxdur.

Kommersant.az mövzunu diqqətdə saxlayır və qarşı tərəfin mövqeyini təqdim etməyə hazırdır.

Qeyd edək ki, sözügedən ağaclar kəsilərək yerəlaltı qaraj inşa edilib.