USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Rabitəbank” ASC açıq tender elan edir

01.12.2025 Bank
0 0
Tenderin adı: “İnternet bankçılıq platformasının yenilənməsi”

Tenderin elan tarixi: 26.11.2025

Tenderin son tarixi: 17.12.2025

Tenderin qalibi aşağıdakı meyarlar üzrə müəyyənləşəcək:

  • İştirakçı şirkətin bu sahədə ən azı 5 il təcrübəsi (ixtisas uyğunluğu) və xidmət göstərdiyi şirkətlər bazasının təqdim edilməsi (ən azı 3 referans)
  • İşin icra müddəti qeyd edilməsi mütləqdir
  • Tələblərə uyğun olan ən aşağı qiymətin verilməsi (ƏDV və ya sadələşdirilmiş olmasından asılı olmayaraq qiymət vergi daxil göstərilməlidir)

Tenderdə iştirak etmək üçün təqdim edilməli sənədlər:

  • Tender təklifini təqdim edən şirkətin aidiyyəti sahə üzrə portfeli
  • Hüquqi sənədlər (Nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə, reyestrdən çıxarış, VÖEN və s.) surətləri
  • Məxfilik müqaviləsi (Tenderdə iştirakını təsdiq edən şirkətlərə e-mail vasitəsilə göndəriləcək)
  • Tender təklifini və satınalma müqaviləsini imzalama səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd
  • Şirkətin son 1 il üzrə rəsmi maliyyə hesabatı
  • Şirkətin son 1 il üzrə vergi borcunun olmaması haqqında rəsmi arayış
  • Tender təklifləri Azərbaycan dilində tərtib olunmalıdır. Təkliflər imzalanmış və möhürlənmiş halda qapalı zərfdə yuxarıda qeyd edilən müddətədək (Bakı şəh., AZ 1014, Füzuli küç. 71) ünvanına göndərilməlidir.
  • Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər [email protected] elektron ünvanına və ya +99451 271 48 48 nömrəsinə müraciət edə bilərlər.