USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Haqqımızda

“Kommersant.Az” saytı 10 aprel 2018-ci il tarixində fəaliyyətə başlayıb. Media subyekti Azərbaycan Respublikasının Media İnkişaf Agentliyi tərəfindən verilmiş 07767D462CC8D7 lisenziya (reyestr) nömrəsi əsasında fəaliyyət göstərir.

P.S.Media MMC-nin 1005337361 VÖEN nömrəli “Kommersant.Az” saytı qısa müddət ərzində ölkəmizdə müstəqil, obyektiv və peşəkar informasiya siyasəti həyata keçirən media qurumu kimi tanınıb. Platformada Azərbaycanın iqtisadi, ictimai, sosial, mədəni və digər sahələrində baş verən aktual proseslərlə yanaşı, dünyada baş verən mühüm və maraqlı hadisələr də operativ şəkildə izləyicilərə təqdim olunur.

Media resursunun rəsmi internet saytı və rəqəmsal platformaları vasitəsilə müxtəlif sahələri əhatə edən video müsahibələr, analitik təhlillər, reportajlar, müəllif yazıları və xüsusi layihələr yayımlanır. “Kommersant.Az” fəaliyyətində qanunilik, obyektivlik, dəqiqlik və balans prinsiplərinə ciddi şəkildə riayət edir, siyasi və sosial qrupların heç birinə qarşı ayrı-seçkilik etmədən, şərhsiz və faktlara əsaslanan xəbər yayımını həyata keçirir.

Media qurumunun fəaliyyətində ictimai iştirakçılıq əsas prioritetlərdən biridir. Oxucular və izləyicilər redaksiyanın rəsmi əlaqə kanalları vasitəsilə qarşılaşdıqları hadisələr barədə operativ məlumat ötürə, təklif və rəylərini bölüşə bilərlər. Daxil olan məlumatlar redaksiya prinsiplərinə uyğun şəkildə araşdırılaraq işıqlandırılır.

Redaksiya siyasəti Azərbaycan Respublikasının qanunvericiliyinə, Media haqqında Qanuna və Media İnkişaf Agentliyinin müəyyən etdiyi qaydalara tam uyğundur.

Bizi sosial mediada izləməyi unutmayın: