USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda daşınmaz əmlakala əlaqədar əməliyyatlara sərmayələr iki dəfədən çox artıb

26.01.2026 İnşaat və Əmlak
0 0
2025-ci ildə Azərbaycanda daşınmaz əmlakla əlaqədar əməliyyatlar üzrə əsas kapitala yönəldilmiş investisiyaların dəyəri 13,2 milyon manat təşkil edib.

Kommersant.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata əsasən, bu, 2024-cü ildəki göstərici ilə müqayisədə 2,5 dəfə çoxdur.

Sözügedən sahə üzrə əsas kapitala yönəldilmiş investisiyaların yekunda xüsusi çəkisi 0,1%-ə bərabər olub.

Qeyd edək ki, 2025-ci ildə ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 21,226 milyard manat və ya 2024-cü illə müqayisədə 5,6 faiz az investisiya yönəldilib. Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 10,3 faiz, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 3,9 faiz azalıb. Ümumi sərmayənin 10,972 milyard manatı və ya 51,7 faizi məhsul istehsalı sahələrinin, 7,180 milyard manatı (33,8 faizi) xidmət sahələrinin, 3,074 milyard manatı (14,5 faizi) isə yaşayış evlərinin tikintisinin payına düşüb.

Ümumi sərmayənin 53,2 faizi dövlət, 46,8 faizi qeyridövlət sektorunun sərmayədarları tərəfindən qoyulub. Sərmayə qoyuluşunun 75,5 faizi tikinti-quraşdırma işlərinə sərf edilib. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş investisiyanın dəyəri ümumi sərmayənin 80,2 faizini təşkil edib.