USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"ExpressBank"dan EXPRESS çıxış - Bu depozitlərin 13.53%-i bankı tərk etdi

17.01.2026 Problemli Banklar
0 0
“ExpressBank” biznesmen müştərilərini əlində tuta bilməyib. Bəlkə də müştərini tutub, amma onun vəsaitini əlində saxlaya bilmədiyini dəqiq deyə bilərik. Çünki 2025-ci ilin 4-cü rübündə sözügedən bank hüquqi şəxslərdən topladığı əmanətlərin həcmini 13.53 faiz azaldıb.

Kommersant.az xəbər verir ki, “ExpressBank”ın hüquqi şəxslərdən topladığı əmanətlərin həcmi 51 milyon 681 min manat olub ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 8 milyon 91 min manat azdır. Sözügedən bank isə bu azalmanı fiziki şəxslərdən topladığı əmanətlərlə kompensasiya edib. Onun fiziki şəxslərdən yığımları 57 milyon 428 min manat və ya 28.38 faiz artaraq 259 milyon 747 min manata yüksəlib. Yekunda bankın depozit portfeli 49 milyon 337 min manat böyüyərək 311 milyon 428 min manata çatıb.

  • Əvvəlki

    İşçilər bu hallar aşkar edildikdə işdən çıxarılacaq

Digər xəbərlər