“Palmali” Livandakı gəmisi ilə bağlı daha bir məlumat yaydı

06.08.2020 Biznes
Xəbər verdiyimiz kimi, Livanın paytaxtı Beyrutda baş vermiş partlayış zamanı “Palmali Holding” şirkətinə məxsus “Kapitan Nagdaliyev” gəmisi limanda olub.

"Kommersant.az"-ın xəbərinə görə, partlayış nəticəsində gəmi heyətindən xəsarət alan olmayıb.

Şirkət rəhbərliyi heyət üzvləri ilə mütəmadi əlaqə saxlayaraq son məlumatları alır. Bəzi mətbuat orqanlatında “Kapitan Nagdaliyev” gəmisi ilə bağlı yanlış məlumatlar yayılır.

“Xəbər verilir ki, guya şirkət gəmini və onun komandasını atıb. Ekipajı da girov saxlayıb. Bu, tamamilə yalandır. Biz hazırda maddi çətinliklər yaşadığımızı inkar etmirik. Dünyada tuğyan edən igtisadi böhran, üstəlik, məlum hadisələr “Palmali Holdingi” ciddi maddi və mənəvi sınaqlarla üz-üzə buraxıb. Problemləri həll etmək, öhdəlikləri yerinə yetirmək üçün şirkət rəhbərliyi əlindən gələni edir. Onu da bildiririk ki, ekipaj qarşısında öhdəliklərini yerinə yetirə bilməyən və böhran yaşayan şirkət yalnız "Palmali Holding" deyil. “Palmali” olaraq bəyan edirik ki, biz məsuliyyətimizi dərk edir və problemləri həll etmək istigamətində tədbirlərimizi davam etdiririk. Əminik ki, yaranan çətinliklər müvəqqətidir. Biz heç bir gəmimizi tərk etmədik və etmək niyyətimiz də yoxdur. Belə olsa idi, may ayından Beyrut limanında dayanan gəmi heyətimiz nə yeyib, nə içərdi? Ekipaj üzvlərinin ehtiyacları ödənilir. Gəmiçilərimizin ailə üzvlərindən təmkinli olmalarını və bizə güvənmələrini xahiş edirik. “Palmali” 20 ildən çoxdur ki, fəaliyyət göstərir və dünyanın sayılıb-seçilən şirkətlərindən biri olub. Bizim şirkət hər zaman gəmiçilərə ən yüksək maaş verib və azərbaycanlı gəmiçilərlə işləməyi üstün tutub, onlara iş imkanları yaradıb. “Palmali” peşəkar kapitan və gəmiçilər ailəsi yetişdirib. İndi isə, şirkət çətin günlər yaşayır və hər kəsdən anlayışlı olmağı xahiş edir. Bu probləmlər çözüləcək və tez bir zamanda dünya sularında üzən gəmilərimiz və heyətimiz barədə gözəl xəbərlər yayılacaq” – “Palmali”nin məumatda qeyd olunub.