USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“AzInTelecom” xalis mənfəəti 30%-ə yaxın azalıb

10.12.2018 İqtisadiyyat
0 0
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “AzIn Telecom” MMC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 44,974 mln. manat təşkil edib.

"Kommersant.az" Şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 5,1% çoxdur.

Hesabat dövründə "AzInTelecom"un cəmi kapitalı 33,8% artaraq 29,905 mln. manata çatıb, cəmi öhdəlikləri isə 26,3% azalaraq 15,068 mln. manata düşüb.

2017-ci ildə Şirkətin göstərdiyi xidmətlərdən gəliri 38,815 mln. manat (2016-cı ilə nisbətən 3,9% çox), xidmətlərinin maya dəyəri 19,243 mln. manat (47,3% çox), ümumi və inzibati xərcləri 13,112 mln. manat (19,2% çox), digər əməliyyat gəlirləri 9,591 mln. manat (35,7% çox), digər əməliyyat xərcləri isə 4,119 mln. manat (26,7% çox) təşkil edib. Son nəticədə ötən il rabitə müəssisəsinin vergiöncəsi mənfəəti 11,931 mln. manat olub ki, bu da əvvəlki illə müqayisədə 20% azdır.

2017-ci ildə "AzInTelecom" 2016-cı ilə nisbətən 3,4% çox - 4,372 mln. manat mənfəət vergisi ödəyib və ötən ili 7,559 mln. manat xalis mənfəətlə başa vurub. Bu, əvvəlki illə müqayisədə 26,9% azdır.

  • Əvvəlki

    2018-ci ildə Vəzifəyə təyin olunanlar - SİYAHI

Digər xəbərlər

13.12.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
13.12.2024 İqtisadiyyat
Azərbaycan nefti ucuzlaşıb
0 0
12.12.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşdı
0 0
12.12.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0