USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Hesablama Palatasının üzvlərinin maaşı artırılır

18.03.2019 İqtisadiyyat
0 0
Azərbaycan Hesablama Palatasının üzvlərinin maaşı artırılır.

Bununla bağlı "Hesablama Palatası haqqında" qanuna dəyişiklik edilir.

Dəyişikliyə əsasən, Hesablama Palatasının üzvlərinin əməkhaqqına bir aylıq vəzifə maaşı həcmində əlavə olunacaq.

Xatırladaq ki, Hesablama Palatası sədrinin aylıq vəzifə maaşı və digər təminatları Milli Məclis sədrinin birinci müavininin aylıq vəzifə maaşına və təminatlarına bərabərdir. Hesablama Palatası sədrinin müavininin aylıq vəzifə maaşı və digər təminatları Milli Məclis sədrinin müavininin aylıq vəzifə maaşına və təminatlarına bərabər tutulur. Palatanın auditorlarının aylıq vəzifə maaşı və digər təminatları Milli Məclisinin komitə sədrlərinin aylıq vəzifə maaşlarına və təminatlarına bərabərdir.

Dəyişiklik layihəsi Milli Məclisin martın 29-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

  • Əvvəlki

    İlham Əliyev daha bir aktyora mənzil bağışladı

Digər xəbərlər

29.03.2024 İqtisadiyyat
Neftimiz bahalaşdı
0 0
29.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0