USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu yollarda hərəkət məhdudlaşdırılacaq

24.05.2018 İqtisadiyyat
0 0
Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Səbail rayonu, Azneft dairəsi, Niyazi, İstiqlaliyyət və Lermantov küçələrində, həmçinin Neftçilər prospektinin Əziz Əliyev küçəsi - “Dalğa Plaza” arasında yerləşən hissəsində üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi və yenilərinin çəkilişi işləri aparılacaq.

"Kommersant.Az" Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, bu məqsədlə sözügedən küçələr boyu saat 22:00-dan səhər saatlarına qədər avtonəqliyyat vasitələrinin hərəkəti iş aparılan zolaqlar üzrə hissə-hissə qismən məhdudlaşdırılacaq.

Sürücülərdən sözügedən küçələrlə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.