USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Azərişıq" xəbərdarlıq etmədən işıqları kəsdi - Enerji təchizatında problemlər yarandı

13.05.2019 İqtisadiyyat
0 0
"Azərişıq" ASC xəbərdarlıq etmədən bu gün saat 11:00-dan Bakının Nəsimi rayonunun Həsən Əliyev, Teymur Əliyev və Maqsud Əlizadə küçələrinin enerji təchizatını dayandırıb. Bu barədə həmin ərazidə yaşayan sakinlər məlumat verib.
"Kommersant.az" xəbər verir ki, bu barədə "Report"a açıqlama verən qurumun Mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib ki, fasilə bundan sonra hələ 2 saat davam edəcək. "Həmin ərazidə yerləşən avadanlığa texniki baxış həyata keçirilir. Bu səbəbdən elektrik enerjisinin verilişində fasilə yaranıb", - o deyib. Qeyd edək ki, sözügedən küçələrdə bir sıra internet provayderləri yerləşir. "Report"un əldə etdiyi məlumata görə, fasilə nəticəsində Bakının Yasamal, Nəsimi və Binəqədi rayonlarının, eləcə də Abşeron rayonunun ərazisində olan 1 500-dən artıq abunəçinin internet təchizatı dayandırılıb.