Bu il Azərbaycanda asfalt istehsalı 2,2 dəfə artıb

20.05.2019 İqtisadiyyat
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilmiş məhsulun ümumi dəyəri 5% artaraq 240,1 mln manat təşkil edib.

Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, bu ilin dörd ayında ölkədə 996,3 min ton sement istehsal edilib ki, bu da daha əvvəlki ilin yanvar-aprel ayları ilə müqayisədə 5,2% çoxdur.

Bu ilin yanvar-aprel aylarında ölkədə 80,6 min ton asfalt istehsal edilib ki, bu da ötən ilin yanvar-aprel ayları ilə müqayisədə 2,2 dəfə çoxdur. Bu ilin yanvar-aprel aylarında tikinti kərpicinin istehsalı 69,8% artaraq 135,1 min kubmetr təşkil edib.

Tikinti gipsinin istehsalı 61,8% azalaraq 1,9 min ton olub. Yanvar-aprel aylarında tikinti əhənginin istehsalı 41,5% artaraq 13,1 min ton təşkil edib.

Yanvar-aprel ayları ərzində sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı 44 ton olaraq, ötən ilin yanvar-aprel ayları ilə müqayisədə 73,7% artıb. Betondan yığma tikinti konstruksiyalarının istehsalı da 52,5% azalaraq 14,1 min kubmetr təşkil edib.

Ötən dörd ay ərzində ölkədə emal edilmiş mərmər, travertin, alebastr və onlardan məmulatların istehsalı 53,3% artaraq 7 654,7 ton təşkil edib. Bu müddət ərzində ölkədə hörmə üçün hazır beton qarışığının istehsalı da 11,7% artaraq 423,3 min ton təşkil edib.