USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Gömrük söz verdiyi yeni xidmətin tətbiqinə başladı

01.06.2018 İqtisadiyyat
0 0
"Artıq sahibkarlara malların idxalı zamanı SMS-lə bildirişlərin göndərilməsi xidmətinin tətbiqinə başlanılıb".

Bunu Dövlət Gömrük Komitəsində Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin Texnoloji İnnovasiyalar İdarəsinin rəisi Azər Abasov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Dövlət Gömrük Komitəsində vahid SMS-məlumatlandırma sistemi yaradılıb: "May ayının 29-dan tətbiqinə başlanılan sistemə əsasən hazırda sahibkarlara idxal zamanı yük gömrük ərazisinə daxil olduqda və təyinat nöqtəsinə çatdıqda SMS vasitəsilə bildiriş göndərilir".

A.Abbasov bildirib ki, təkmilləşdirmə işləri aparıldıqdan sonra yüklərin sənədləşdirilməsi, ödəniləcək gömrük rüsumu ilə bağlı da SMS-lə məlumat veriləcək.

  • Əvvəlki

    SOCAR-ın ilkin mühəndislik dizayn xidmətləri işi yubanır

Digər xəbərlər

29.03.2024 İqtisadiyyat
Neftimiz bahalaşdı
0 0
29.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0