Biznes Proqram Təminatı Alyansının (BSA) təqdim etdiyi 2018 Global Proqram Təminatı Piratçılığı üzrə Araşdırmasına uyğun olaraq, Azərbaycanda kiber hücümların riskini azaltmaq və mənfəəti artırmaq məqsədilə şirkətlər (sahibkarlar) öz şəbəkələrində proqram təminatını yoxlamalı ve lisenziyasız proqram təminatının istifadəsini dayandırmalıdırlar.
"Kommersant" xəbər verir ki, bu gün açıqlanan araşdırmanın nəticəsi olaraq, Azərbaycanda kompüterlərdə quraşdırılan proqram təminatlarının 81%-i lazımi qaydada lisenziyalaşdırılmayıb. Araşdırmaya görə, BSA-nın 2016-cı ildə apardığı sorğunun nəticəsi ilə müqayisədə 3 faiz azalma müşahidə olunur.
Bütun dünyada təşkilatlar bizneslərini inkişaf etdirmək, mənfəətlərini artırmaq, yeni bazarlara çıxmaq və rəqabət üstünlüklərini gücləndirmək üçün proqram təminatlarından istifadə edirlər. Lakin İnformasiya texnologiyaları üzrə məsul məlumat mütəxəssislərinin (Chief Information Officers "CİO") sorğusunda ətraflı təhlil və təsdiq olunmuş məlumatlara görə lisenziyasız proqram təminatı istifadə edən təşkilatlar böyük təhlükəsizlik təhdidləri ilə qarşılaşmaq riskinə məruz qalırlar.
Lisenziyalaşdırılmamış proqram təminatlarından istifadənin xoşagəlməz nəticələrini daha yaxşı anlamaq üçün BSA 2018 Qlobal Proqram Təminatı Piratçılığı üzrə Araşdırma: PT İdarəçiliyi, Təhlükəsizlik Zəmanəti, Biznes İmkanı (2018 Global Software Survey: Software Management: Security Imperative, Business Opportunity) adlı sorğunu təqdim etmişdir. Sorğuda dünyanın 110-dan çox ölkə və regionlarında fərdi kompüterlərdə quraşdırılmış lisenziyasız proqram təminatlarının həcmi və dəyərinin miqdarı müəyyən edilmişdir və istehlakçılardan, işçilərdən və İnformasiya texnologiyaları üzrə məsul məlumat mütəxəssislərindən (CİO) alınan 23,000 yaxın rəylər də öz əksini tapmışdır.
BSA şirkətinin prezidenti və baş icraçı direktoru Viktoriya Espinel müsahibəsində qeyd edib ki, bütün dünya təşkilatları səmərəli idarə olunan proqram təminatı ilə əldə edilən iqtisadi və təhlükəsizlik imkanlarını qaçırırlar: "Şirkətlər öz şəbəkələrində proqram təminatlarının qiymətləndirilməsi və idarə olunması üçün proqram aktivlərinin idarəolunma proqramlarını (SAM) yaratmalıdırlar. Bu isə, öz növbəsində, kiber hücumlarla bağlı risklərin azalmasına və gəlirlərin artmasına kömək edir".
Araşdırmanın əsas nəticələrinə görə, lisenziyasız proqram təminatının istifadəsi cüzi müsbət dəyişikliklər olsa da, hələ də geniş yayılıb. Fərdi kompüterlərdə quraşdırılan lisenziyasız proqram təminatları 37% olaraq hələ də həyəcanlı səviyyədə bütün dünyada geniş miqyasda istifadə olunur və bu rəqəm 2016 cı ilə nisbətən cəmi 2%-lik dərəcə səviyyəsində azalıb.
Həmçinin informasiya texnologiyaları üzrə məsul məlumat mütəxəssisləri (CİOs) lisenziyasız proqram təminatlarından istafadənin getdikcə daha da riskli və bahalı olduğunu bəyan edirlər. Lisenziyasız proqram təminatlarının istifadəsindən dəyən zərər bütün dunyadakı şirkətlər üçün 359 mlrd. ABŞ solları məbləğindədir. İnformasiya texnologiyaları üzrə məsul məlumat mütəxəssisləri bildirirlər ki, proqram təminatlarının tam şəkildə lisenziyalaşdırılmasında əsas məqsəd təhlükəsizliyə xələl gətirəcək zərərli proqramlardan qorunmaqla bağlıdır.
BSA hesab edir ki, proqram təminatlarının standartlara uyğunluğunun təkmilləşdirilməsi artıq bir təhlükəsizlik zərurətidir ki, bu da əlavə iqtisadi imkanlar yaradır. Şirkətlər proqram təminatlarından istifadənin idarəçiliyini gücləndirmək məqsədi ilə praqmatik addımlar atmaqla mənfəətlərində 11% artım əldə etmiş olarlar.
Təşkilatlar proqram təminatlarından istifadənin idarəçiliyini təkmilləşdirilməsi məqsədi ilə geniş addımlar ata bilərlər. Araşdırlmalar nəticəsində məlum olub ki, təşkilatlar etibarlı proqram təminatı aktivlərinin idarəçiliyi ilə (SAM) bağlı proqramları və proqram təminatı lisenziyalarının səmərəli idarə olunmasına dair müvafiq proqramdan istifadə etməklə proqram təminatları ilə bağlı xərclərində illik 30 faizə qədər qənaət edə bilərlər.
Qeyd edək ki, dünyanın 60-dan artı ölkəsində fəaliyyət göstərən BSA qlobal proqram təminatı sənayesinin maraqlarını hökumətlər qarşısında və beynəlxalq bazarlarda qoruyan qabaqcıl bir təşkilatdır.