USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ-ın kommersiya xam neft ehtiyatları 3,5 milyon barel artıb

17.10.2025 İqtisadiyyat
0 0
ABŞ-ın kommersiya xam neft ehtiyatları keçən həftə təxminən 3,5 milyon barel artaraq gözləntiləri üstələyib.

ABŞ Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatına görə, kommersiya xam neft ehtiyatları keçən həftə təxminən 3,5 milyon barel artaraq 423,8 milyon barrelə çatıb. Bazar gözləntiləri 300.000 barel artım idi.

Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları təxminən 800.000 barel artaraq 407.7 milyon barrelə çatıb.

Bu dövrdə ABŞ-ın benzin ehtiyatları təxminən 300.000 barel azalaraq 218,8 milyon barrelə çatıb.

İstehsalda artım

ABŞ-da 3-10 oktyabr həftəsi ərzində orta gündəlik xam neft hasilatı 7 min barel artaraq 13,636 milyon barrelə çatıb.

Digər tərəfdən, ölkənin xam neft idxalı əvvəlki həftə ilə müqayisədə gündəlik 878 min barrel azalaraq 5 milyon 525 min barrelə, xam neft ixracı isə gündəlik 876 min barrel artaraq 4 milyon 466 min barelə çatıb.