USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“ExpressBank”ın mənfəəti 35 faizədək azalıb

16.10.2025 Problemli Banklar
0 0
“ExpressBank” son 9 ayı hesranla başa vurması barədə sizlərə məlumat vermişdir. Bankın mənfəəti hesabatı da ürəkaçan olmayıb. Belə ki, “ExpressBank” üçüncü rübün yekununda 6 milyon 22 min manat mənfəət əldə edib. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 3 milyon 153 min və ya 34,36 faiz azdır.

Kommersant.az bankın faiz gəliri ötən ilin eyni rübü ilə müqayisədə 11 milyon 17 min manat artaraq 60 milyon 657 min manata, faiz xərcləri isə 6 milyon 977 min manat artaraq 21 miyon 63 min manata yüksəlib. Nəticədə bank 39 milyon 593 min manat xalis faiz gəliri əldə edib ki, bu da ötən ilin 9-cu ayının sonu ilə müqayisədə 4 milyon 40 min manat çoxdur. “ExpressBank”ın qeyri-faiz gəliri 889 min manat azalaraq 14 milyon 404 min manata düşsə də qeyri-faiz xərlcəri 3 milyon 304 min manat artaraq 38 milyon 679 min manata çatıb. Yekunda bankın əməliyyat mənfəəti də ötən illə müqayisədə 0.98 faiz və ya 153 min manat azalaraq 15 milyon 318 min manata düşüb.

ExpressBank

2025 (III Rüb)

2024 (III Rüb)

Fərq

Faiz Gəliri

60,657

49,640

11,017

Faiz Xərci

21,063

14,086

6,977

Xalis Faiz Gəliri/Zərəri

39,593

35,553

4,040

Qeyri-Faiz Gəliri

14,404

15,293

-889

Qeyri-Faiz Xərci

38,679

35,375

3,304

Əməliyyat Mənfəəti (Zərəri)

15,318

15,471

-153

Xalis Mənfəət (Zərər)

6,022

9,175

-3,153