USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Müştərilərini itirən “ExpressBank” - BORC ALIB

16.10.2025 Problemli Banklar
0 0
Cari ilin üçüncü rübündə hüquqi şəxslərdən topladığı əmanətlərin 29.53 faiz və ya 17 milyon 656 min manatını itirdiyini elan edən "Expressbank" mövcud olan borcuna borc qatıb.

Kommersant.az xəbər verir ki, sözügedən bank kredit təşkilatları və digər maliyyə institutlarına olan borcuna 2 milyon 885 min manat da əlavə edib. Yekunda bankın borcu 193 milyon 831 min manatdır. Bu da “ExpressBank”ın öhdəliklər cəminin 38.03 faizini təşkil edir.