USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Miqrasiya Xidmətindən yeni xidmət

08.06.2018 İqtisadiyyat
0 0
İyunun 8-dən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycanın miqrasiya qanunvericiliyinin tələblərini pozmaları ilə bağlı ölkəmizin ərazisinə girişlərinə və ölkəmizdən çıxışlarına məhdudiyyət qoyulub-qoyulmamasını elektron qaydada öyrənə biləcəklər.

Dövlət Miqrasiya Xidmətindən (DMX) bildirilib ki, qurumun rəsmi saytının (www.migration.gov.az) "Elektron xidmətlər" pəncərəsinə daxil olaraq, "Ölkəyə gəliş və ölkədən gedişə məhdudiyyəti yoxla" bölməsini seçib, şəxsin adını, soyadını, doğum tarixini, pasportunun və ya digər sərhədkeçmə sənədinin nömrəsini və vətəndaşlığını daxil edib axtar düyməsini sıxmaqla bu barədə məlumat almaq olar.

Yeniliyin məqsədi əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkəyə giriş və ölkədən çıxışları ilə bağlı rahatlıqlarının təmin edilməsinə və şəffaflığın artırılmasına xidmət edir.

DMX xidmət istifadəçilərinin məmnunluğunun artırılması və müasir innovasiyaların tətbiqi baxımından müvafiq tədbirləri davam etdirir.